"Mahmud və Məryəm"in qala gecəsi keçirildi
Nizami Kino Mərkəzində Xalq Yazıçısı Elçinin eyni adlı romanı əsasında çəkilmiş "Mahmud və Məryəm" filminin qala gecəsi keçirilib. APA TV-nin məlumatına görə, tədbiri giriş sözü ilə açan C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov bildirib ki, "Mahmud və Məryəm" Türkiyə və Azərbaycan arasında baş tutan ilk müştərək kino layihəsidir.
Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova Elçin Əfəndiyevin "Mahmud və Məryəm" romanının qardaş ölkədə bir neçə dəfə çap edildiyini və oxucular arasında böyük marağa səbəb olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, “Mahmud və Məryəm” filmi romantik, dram janrında çəkilib. Filmin rejissoru Mehmet Ada Öztəkin, prodüseri isə Sevda Kayğısızdır. Ekran əsəri Azərbaycan və Türkiyə arasında ilk müştərək kino layihəsidir. Türkiyənin “24 Kare” şirkəti tərəfindən ekranlaşdırılan film Mahmudla Məryəmin sevgisindən bəhs edir.