Mərkəzi Bank hərracda 98 milyon dollar satdı
Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti valyuta hərracı keçirib. Bankdan "APA-Economics"ə verilən məlumata görə, tənzimləyici tərəfindən hərraca 200 mln. ABŞ dolları məbləğində vəsait çıxarılıb. Hərracda iştirak edən 29 bank tərəfindən məcmu tələb 98,217 mln. dollar təşkil etdiyindən, sifarişlər 100% nisbətində təmin olunub.