Kanadada dəhşət: əvvəl qardaşlarını, sonra məktəbliləri güllələdi
Kanadanın Saskaçevan əyalətinin La-Loş şəhərində məktəbdə silahlı insident baş verib.
APA TV-nin “Euronews”a istinadən xəbərinə görə, şagirdin açdığı atəş nəticəsində 5 nəfər ölüb, daha bir neçə nəfər xəsarət alıb. Ölənlərdən biri La-Loş şəhərinin merinin qızıdır.
Cinayəti törədən məktəbli saxlanılıb. Onun kimliyi barədə məlumat verilmir. Bildirilir ki, qatil şagird məktəbə getməmişdən öncə evdə iki qardaşını öldürüb.
Hadisənin motivi hələ ki, bəlli deyil. Faktla bağlı araşdırma aparılır.
Davosda səfərdə olan Kanadanın baş naziri Castin Trüdo bəyan edib ki, hadisə nəticəsində daha 2 nəfər ağır yaralanıb. Onların vəziyyəti ağır kimi qiymətləndirilir.