İstanbulda azərbaycanlı diplomat intihar etdi
İstanbulda azərbaycanlı diplomat intihar edib. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Azərbaycanın İstanbuldakı baş konsulunun keçmiş müavini, İslam Konfransı Gənclər Forumunun təmsilçisi Fəxrəddin Əliyev atış poliqonunda özünü güllələyib.
Sürücüsü ilə poliqona gedən F.Əliyev orada əvvəlcə 90 dəfə atəş açıb. Daha sonra sonuncu 10 patronunu silaha yerləşdirib və ard-arda 9 dəfə tətiyə basıb. Sonuncu gülləsini isə başına sıxıb. Diplomat hadisə yerində dünyasını dəyişib.
Türkiyə hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıb. Poliqon və ətrafdakı videomüşahidə kameralarının görüntüləri izlənilib, şahidlərin ifadəsi alınıb. Ancaq Əliyevin intihar etməsindən başqa hər hansı dəlilə rast gəlinməyib. Diplomatın meyiti İstanbul Ədliyyə Tibb Qurumunun morquna aparılıb.