Suriya ordusundan güclü hücum: İŞİD-in silah-sursatı ələ keçirildi

Suriya ordusu Latakiya əyalətindəki 15 yaşayış məntəqəsi və səkkiz strateji cəhətdən önəmli yüksəkliyi terrorçulardan azad edib.

 

APA TV-nin Vesti.ru-ya istinadən xəbərinə görə, əməliyyatlar zamanı 150 terrorçunun məhv edildiyi, digər terrorçu dəstələrin geri çəkilməyə məcbur olduqları bildirilib.


Ordu tərəfindən terrorçulara məxsus raket və minaatanlar, eləcə də tank əleyhinə idarəolunan minaların daxil olduğu silah arsenalı ələ keçirilib. Eyni zamanda Dəra və İdlib şəhərlərində İŞİD-ə məxsus bir neçə ağır hərbi texnika sıradan çıxarılıb.


Bununla yanaşı, Deyr-əz-Zor əyalətində Suriya Hərbi Hava Qüvvələri tərəfindən İŞİD mövqelərinə aviazərbələrin endirildiyi də gələn xəbərlər arasındadır.

 

Hələb şəhərində keçirilən xüsusi əməliyyatlarda isə İŞİD silahlılarına məxsus sığınacaqların məhv edilməsi ordunun terrorçuların gizləndiyi əraziləri mühasirəyə alması ilə nəticələnib.

Müəllif | Apa.Tv
Apa.tv