Ermənilər Ağdamda mülki vətəndaşı güllələdi

Ağdamda mülki vətəndaş erməni gülləsinə tuş gəlib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Təzəkənd kəndi ərazisində baş verib.

 

Ağdam rayonunun Güllücə kənd sakini, 1958-ci il təvəllüdlü Məhəmməd Fərəc oğlu Fərəcov təsərrüfatında suvarma işləri apararkən ermənilərin avtomat silahdan atəş açması nəticəsində güllə yarası alıb.

 

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Həkimlər ilkin tibbi yardım göstərdikdən sonra məlum olub ki, güllə dərini cırıb, lakin daxilə keçməyib.

 

Zərərçəkənin sözlərinə görə, hadisə su suvararkən baş verib: "Su sulayırdım. Orda bir az yer götürmüşdüm ki, Allah qoysa, nəsə əkəm. Bir də gördüm güllə dəydi. Dəyən kimidə aşdım. Yıxılmasaydım, güllə burdan keçəcəkdi. Özü də ürəyimin üstündən. 5-6 güllə də böyrümə düşdü".

 

Müəllif | Apa.Tv
Apa.tv