Dolların kursu dəyişmədi, avro ucuzlaşdı - HƏFTƏNİN İLK MƏZƏNNƏSİ
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların yeni məzənnələrini açıqlayıb.
APA TV-nin məlumatına görə, 1 ABŞ dollarının manata nisbətən məzənnəsi dəyişməz qalıb. Hazırda dolların məzənnəsi 1,6054 manat olaraq qalır.
Bivalyuta səbətinə daxil olan avro isə ucuzlaşaraq 1,7356 manat olub.
Rusiya rublu isə bahalaşıb. Rəsmi məzənnəyə əsasən, 1000 Rusiya rublu 20 manat 50 qəpikdir.