Xaçmazda küçədə qadın meyiti tapıldı
Xaçmazda küçədə qadın meyiti tapılıb. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, rayonun Bakı prospektində aşkar edilən 35-40 yaşlı qadın cəsədinin şəxsiyyəti hələlik məlum deyil.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit tibbi ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib. Ölümün səbəbləri ekspertizanın nəticələrindən sonra məlum olacaq. İlkin ehtimala görə, qadın astma xəstəliyindən əziyyət çəkib.
Faktla bağlı araşdırma aparılır.