ABŞ-da qar fırtınası: 19 nəfər öldü

Amerika Birləşmiş Ştatlarının (ABŞ) şərqindəki qar fırtınası səbəbindən baş verən qəzalarda ölənlərin sayı 19-a çatıb.

 

APA TV-nin xəbərinə görə, qar fırtınasının ağır fəsadları ölkənin 10-dan çox əyalətində 85 milyondan artıq insana təsir edib.

 

Bəzi əyalətlərdə 250 mindən çox evin elektrik enerjisi kəsilib. Eyni zamanda ictimai nəqliyyat tamamilə iflic olub. Virciniya ştatının qərbində qarın qalınlığı 1 metri keçib.

 

Ölkənin bir çox şəhərində yollar, körpülər və tunellər bağlanıb. Artan qəzalara görə həmin şəhərlərdə yola çıxmaq qadağası qoyulub.

 

ABŞ Milli Meteoroloji Xidməti növbəti günlərdə ölkənin şərq sahilinə doğru daha güclü qar çovğununun yaxınlaşdığını proqnozlaşdırıb. 

 

Müəllif | Apa.Tv