Odlar Yurdu Universitetindən 500 min manat oğurlayan dəstənin üzvü tutuldu
Bakıda universitetdən içərisi pulla dolu seyfi oğurlayan dəstənin bir üzvü tutulub.
Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində bir neçə gün əvvəl Odlar Yurdu Universitetindən içərisində 500 min manat pul olan seyfi oğurlayan 4 nəfərdən ibarət dəstənin bir üzvü, 25 yaşlı Sübhan Ələkbərov saxlanılıb. Hazırda polis dəstənin digər 3 üzvünün tutulması istiqamətində əməliyyat axtarış tədbirlərini davam etdirir.
Qeyd edək ki, məlum hadisə yanvarın 9-da qeydə alınıb. Odlar Yurdu Universitetindən içərisində 500 min manat pul olan seyf naməlum şəraitdə oğurlanıb.