ABŞ və İran arasında aviareyslər bərpa edilir - 37 İLDƏN SONRA

ABŞ və İran arasında birbaşa hava əlaqəsi bərpa edilə bilər.

 

APA TV-nin İran mənbələrinə istinadən verdiyi məlumata görə, İranın Mülki Aviasiya İdarəsi bu barədə ABŞ nümayəndələri ilə müzakirələr aparır. Bildirilir ki, İslam inqilabına kimi Tehrandan Nyu-Yorka gündəlik reyslər həyata keçirilib.

 

Ötən gün İranın nəqliyyat naziri Əsgər Fakriye Kaşan İranın “Boing” şirkətindən 100-dən çox təyyarə almaqda maraqlı olduğunu açıqlayıb.

Müəllif | Apa.Tv
Apa.tv