Tənqidçinin ölümü prokurorluqda araşdırılır

Jurnalist Anar Niftəliyevin həyat yoldaşı, tənqidçi Elnarə Niftəliyevanın ölümü ilə bağlı rayon Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. Prokurorluqdan APA TV-yə bildirilib ki, hadisə ilə bağlı saxlanılan yoxdur və hazırda araşdırma aparılır.

 

1977-ci il təvəllüdlü Elnarə Niftəliyeva sentyabrın 20-də Nəsimi rayonu ərazisindəki “Medi Sina” Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Hadisədən dərhal sonra E. Niftəliyevanın meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibb Ekspertizası və Komisyon müayinədən keçirilib. İlkin tibbi ekspertizaya əsasən, E. Niftəliyeva asfiksiyadan-nəfəs çatışmazlığından ölüb. E. Niftəliyevanın əməliyyatında iştirak edən həkim personalı prokurorluqda ifadə verib, Anar Niftəliyevin də ifadəsi alınıb. Hazırda fakt üzə araşdırma aparılır. 

 

A. Niftəliyev mətbuata açıqlamada E. Tofiqqızının əməliyyatdan öncə vurulan narkoz nəticəsində öldüyünü bildirib.

 

Müəllif | Apa.Tv