Gəncədə ana və iki övladı dəm qazından zəhərləndi

Gəncədə ana və iki övladı dəm qazından zəhərlənib.

 

APA TV-nın qərb bürosunun xəbərinə görə, şəhərin Yeni Gəncə qəsəbə sakini 1985-ci il təvəllüdlü Səidə İsmayılova və onun övladları - 10 yaşlı Səma və 5 yaşlı Aynur dəm qazından zəhərlənmə əlamətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

Həkim Ələddin Kərimov: "Xəstələr daxil olarkən vəziyyətləri orta ağır idi. Onlara dərhal tibbi yardım göstərildi və vəziyyətləri qənaətbəxşdir".

 

Məlumata görə, ana və iki övladı yaşadıqları evdə qaz sobasından çıxan dəm qazından zəhərləniblər.

 

Başqa bir zəhərlənmə isə Samux rayonunda olub. Göygöl rayonunun Köşkü kənd sakini, 1986-cı il təvəllüdlü Kamil Suliddin oğlu Xıdırov Samux rayonuna qonaq getdiyi evdə dəm qazından zəhərlənib. O, dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli