Mərkəzi Bank 200 milyon dollar satışa çıxardı, cəmi 39 milyon dollar sata bildi
Bu gün Mərkəzi Bank növbəti valyuta hərracı keçirib. Mərkəzi Bankdan "APA-Economics"ə verilən məlumata görə, tənzimləyici tərəfindən 200 mln. ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb. Hərracda iştirak edən 19 bank tərəfindən məcmu tələb 39,370 mln. ABŞ dolları təşkil etdiyindən, sifarişlər 100% təmin olunub.