Suriya ordusu Latakiyanı İŞİD-dən təmizlədi
Suriya ordusu İŞİD-in nəzarət etdiyi Latakiya əyalətindəki sonuncu strateji yaşayış məntəqəsi olan ər-Rəbiyyə qəsəbəsinə nəzarəti ələ keçirməyə müvəffəq olub.
APA TV-nin xəbərinə görə, bu barədə Suriyanın dövlət televiziyası məlumat yayıb.
Bildirilib ki, hökumət qüvvələri bu əhəmiyyətli irəliləyişə Rusiya aviasiyasının göstərdiyi dəstək nəticəsində nail olub. Həmçinin sözügedən əməliyyata rus zabitlərinin rəhbərlik etdiyi də bildirilir.
Bu arada BMT baş katibinin Suriya məsələsi üzrə xüsusi elçisi Staffan de Misturanın Cenevrədə keçirilməsi nəzərdə tutulan Suriya danışıqlarının hansı məcrada davam etdiriləcəyi ilə bağlı yaxın günlərdə açıqlama verəcəyi gözlənilir.