Ağdamda iki maşın toqquşdu

Ağdamda yol-nəqliyyat hadisəsi baş verib. Ağdam Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə Quzanlı qəsəbəsində qeydə alınıb.

 

Ağdam rayon sakini Həsən Abbas oğlu Həsənov idarə etdiyi "VAZ-2107" markalı maşınla Eldar Məyiş oğlu Soltanovun idarə etdiyi "VAZ-21015" markalı maşının yoluna çıxıb. Qəza nəticəsində hər iki maşına ciddi ziyan dəyib.

 

E.Soltanovun maşınında olan sərnişin Bəhruz Ədalət oğlu Cəfərov müxtəlif bədən xəsarəti ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Ziya Əmirxanlı

Müəllif | Apa.Tv
Apa.tv