Vergilər nazirinin I müavini prezidentin köməkçisi təyin edildi

Natiq Əmirov Azərbaycan prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi təyin edilib.

 

APA TV-nin məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev sərəncam imzalayıb.

 

Natiq Əmirov Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri olub.

Müəllif | Apa.Tv
Apa.tv