Gəncədə su maşını “Mitsubishi” ilə toqquşdu: 2 yaralı

Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

 

“QAZ 53” markalı su maşını “Mitsubishi” markalı avtomobillə toqquşub. Nəticədə “Mitsubishi”nin sürücüsü, Balakən rayon sakini, 1984-cü il təvəllüdlü Yadigar Əhmədov və sərnişini, 1986-cı il təvəllüdlü Asəf Amanov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

 

Həkim Şahin Quliyev: "Yaralılardan birinin sol əlində yüngül sıyrıqlar var idi. Digər xəstədə isə alın nahiyəsində çoxsaylı sıyrıqlar və qapalı kəllə beyin travması əlamətləri var idi. İlkin tibbi yardım göstərildikdən sonra xəstədə burun sümüyünün sınığı aşkar olunub".

 
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli