Azərbaycanda dolların sabaha olan məzənnəsi açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) sabaha olan ABŞ dollarının manata qarşı məzənnəsini açıqlayıb. Mərkəzi Bank dolların kursunu 1,6052 səviyyəsində müəyyən edib. Bu, 22 yanvar tarixi ilə müqayisədə 0,002 manat aşağıdır. Xatırladaq ki, Mərkəzi Bank son devalvasiyadan sonra ikinci dəfədir ki, dolların kursunu aşağı salır. Bu gün Mərkəzi Bankın keçirdiyi auksionda satışa 200 milyon dollar çıxarılıb, hərracda iştirak edən banklar bu vəsaitin yalnız 39,370 milyon dollarını satın alıblar.

 

Müəllif | Apa.Tv
Apa.tv