Hacıqabulda dörd ev yandı

Hacıqabulda yaşayış binası və ona bitişik fərdi yaşayış evində yanğın baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə axşam saatlarında Hacıqabul şəhəri, Həmid Həmidov küçəsi-1 ünvanında qeydə alınıb.

 

Yanğın nəticəsində Cəbrayılova Kəmalə Rəhim qızına məxsus evin yanar konstruksiyaları və ev əşyaları 100 kvadratmetr sahədə, daha 3 ailəyə məxsus mənzillərin isə dam örtüyü tamamilə yanıb.

 

Yanğının söndürülməsinə Şirvan və Hacıqabul Yanğından Mühafizə Hissəsinin 7 yanğınsöndürən avtomaşını və şəxsi heyəti cəlb olunub.

 

Yanğın söndürülüb, hadisə nəticəsində xəsarət alan olmayıb. Yaxındakı evlər yanğından qorunub.

 

İlkin versiyaya görə, yanğına qısaqapanma səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv