Dollar ucuzlaşdı, avro bahalaşdı
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların yeni məzənnələrini açıqlayıb.
APA TV-nin məlumatına görə, yanvarın 25-i ilə müqayisədə 1 ABŞ dollarının manata nisbətən məzənnəsi ucuzlaşıb. Hazırda dolların məzənnəsi 1,6052 manatdır.
Bivalyuta səbətinə daxil olan avro isə bahalaşaraq 1,7418 manat olub.
Rusiya rublu da ucuzlaşıb. Rəsmi məzənnəyə əsasən, 1000 Rusiya rublu 20 manat 10 qəpikdir.