Soyuq havalar nə qədər davam edəcək? - AÇIQLAMA

“Ölkə ərazisində yağmurlu və küləkli hava şəraiti sabah gündüz saatlarınadək davam edəcək”.

 

Bunu APA TV-yə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

 

Qeyd edək ki, yanvarın 24-dən ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur, temperatur əvvəlki günlərlə müqayisədə 6-8 dərəcə aşağı enib.

Müəllif | Apa.Tv
Apa.tv