Saatlı sakinindən 5 kq marixuana tapıldı
Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Saatlı rayon sakini, 30 yaşlı Nadir Cəfərov şübhəli şəxs qismində saxlanılıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Cəfərovun “Mercedes” markalı avtomobilinə baxış zamanı yük yerindən 1 kiloqram 100 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub.
İlkin ifadəsi zamanı Cəfərov həmin narkotik vasitəni satış məqsədilə gətirdiyini deyib: "Satmaq üçün gətirmişəm. Onu tanımırdım. Sata bilmədim".
Nadir Cəfərovla ilkin söhbətdən sonra onun Saatlı rayonunda yaşadığı mənzilə də baxış keçirilib. Məlum olub ki, saxlanılan şəxs mənzilində satış məqsədilə daha 4 kiloqrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana saxlayır: "Etiraf etdim ki, verdim. Etməsəm, verməzdim".
Faktla bağlı Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. Nadir Cəfərov əvvəllər də narkotik vasitələri qanunsuz saxlama və istifadə maddəsi ilə məhkumluq həyatı yaşayıb.