Azərbaycanda 4 otelin lisenziyası ləğv edilib

Bu il ərzində Azərbaycanda 4 otelin lisenziyası ləğv edilib, 40 otelə isə ciddi xəbərdarlıq edilib. APA TV-nin məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev turizm obyektlərində monitorinqlərin davam edəcəyini deyir.

Azərbaycanda turizmin inkişafından danışan nazir bildirib ki, bu ilin yarımillik göstəricilərinə əsasən, ölkə turizmi yenə də 10 faiz civarında artıb.
Qeyd edək ki, sentyabrın 27-də Azərbaycanda "Ümumdünya turizm günü"nün qeyd olunub. Tədbirdə ilk olaraq, Ümumdünya Turizm təşkilatının baş katibi Taleb Rifanin rəsmi mesajı çatdırılıb. Tədbirdə Azərbaycanın turizm sahəsində əldə etdiyi uğurlarından danışılıb. Eyni zamanda, "Azərbaycan Respublikası Prezidentinin 10 illik fəaliyyəti zamanı turizmə göstərdiyi qayğı" mövzusuna həsr olunmuş "Azerbaijan review" jurnalının təqdimatı olub.

 

Onu da əlavə edək ki, sentyabrın 27-i səhər saatlarından muzeylərə, qoruqlara, komplekslərə və abidələrə bir günlük pulsuz giriş elan olunub.

 

Müəllif | Apa.Tv