Lavrov: "Kürdlərsiz mümkün deyil"

“Kürdlərin iştirakı olmadan Suriya danışıqları nəticə verməyəcək”.
 

APA TV-nin Ruiya saytlarına istinadən xəbərinə görə, belə bir bəyanatla Moskvada keçirdiyi brifinqdə Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib.

 

O həmçinin bildirib ki, Rusiya İraq kürdlərinə silahları birbaşa çatdırmır. “Yardım Bağdad vasitəsilə çatdırılır”, - deyə Lavrov vurğulayıb.

 

Müəllif | Apa.Tv
Fərid Əkbərov