Sahibkarlara 5 milyon manat kredit verildi
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən respublika üzrə sahibkarlıq subyektlərinin 3500 dən cox investisiya layihəsi müəyyənləşdirilməsinə 245 milyon manat güzəştli kredit verilib. APA TV-nin xəbərinə görə, Fondun icraçı direktoru Şirzad Abdullayev deyir ki, bu layihələrin reallaşdırılması 10 min dən çox iş yerinin yaradılmasına imkan verir.
Bu dəfə güzəştli kredit Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı ilə Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində 27 sahibkarlıq subyektinə verildi. Güzəştli kreditin məbləği isə 5 milyon manat civarında idi. Mütəxəsislər hesab edir ki, bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 250 dən çox iş yerinin açılmasına imkan verəcək.
Sahibkarlar isə onlara verilən güzəştli kreditin məbləğininin az olmasından gileyləndilər.
Dövlətin güzəştli krediti ayrı ayrı sahibkarlar tərəfindən Suraxanı rayonu, Hövsan qəsəbəsində inşa edilən metalkonstruksiya zavodunun fəaliyyəti, Qaraçuxur qəsəbəsinində transformator və müxtəlif növ elekrtotexniki avadanlıqlar istehsal edən zavod və Bİnə qəsəbəsində qida sənayesi avadanlıqları və istixana konstruksiyaları istehsal edəcək zavodda təmir quraşdırma işlərinə sərf olunacaq.