Bakıda univermaq binası çökdü: yaralananlar var
Bakının Suraxanı rayonunda univermaq binasında çökmə baş verib. APA TV-nin məlumatına görə, hadisə Əmircan qəsəbəsində yerləşən köhnə univermaq binasında təmir işləri aparılarkən qeydə alınıb.
Binanın damı 150 kvadratmetr ərazidə çöküb. Orada işləyən fəhlənin uçqun altında qalaraq xəsarət aldığı bildirilir. Çökmə nəticəsində xəsarət alan şəxslər 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Bunlar 38 yaşlı Elşad Eyvaz oğlu Abdullayev və 35 yaşlı Bəhruz Hacıəli oğlu Məmmədovdur. Xəstəxanadan verilən məlumata görə, hər iki fəhlənin səhhəti qənaətbəxşdir.