Şirvanda iki maşın toqquşdu - XİLASETMƏ ANI

Şirvan şəhərində baş verən qəzada sürücü ağır yaralanıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

 

Şirvan sakini, 1978-ci il təvəllüdlü Həsənov Rəşad Həsən oğlunun idarə etdiyi “Opel Astra” markalı 90 CP 153 dövlət nömrə nişanlı avtomobil 1985-ci il təvəllüdlü Cəfərov Maarif Mətləb oğlunun idarə etdiyi "Mercedes" markalı 90 HZ 794 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə "Opel" markalı avtomobildə sıxılıb qalan sürücü FHN-in xilasediciləri tərəfindən xüsusi avadanlığın köməyi ilə avtomobildən çıxarılaraq Şirvan Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

 

Faktla balı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı