Dollar ucuzlaşdı, avro və rubl bahalaşdı
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların yeni məzənnələrini açıqlayıb.
APA TV-nin məlumatına görə, yanvarın 26-sı ilə müqayisədə 1 ABŞ dollarının manata nisbətən məzənnəsi yenə ucuzlaşıb. Hazırda dolların məzənnəsi 1,6050 manatdır.
Bivalyuta səbətinə daxil olan avro isə yenə bahalaşaraq 1,7432 manat olub.
Rusiya rublu da bahalaşıb. Rəsmi məzənnəyə əsasən, 1000 Rusiya rublu 20 manat 30 qəpikdir.