Tovuzda 80 yaşlı qadın evdə yanaraq öldü
Tovuzda 80 yaşlı qadın evi ilə birlikdə yanıb. APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.
Ümumi sahəsi 40 kvadratmetr olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Əraziyə gələn yanğınsöndürənlər alovun qonşu tikililərə keçməsinin qarşısını alıblar. Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1936-cı il təvəllüdlü Quliyeva Roza Qara qızının cəsədi aşkar edilib.
Zirəddin Quliyev, mərhumun oğlu: "Səhər durub işə getdim. İş yerinə çatmışdım, evdən zəng gəldi ki, ev alışdı yandı, anam içəridə qalıb. Qonşuluqda yaşayıram. Dərhal 102 xidmətinə zəng vurdum. Dedim ki, Aşağı Quşçuda, Nizami küçəsində hadisə olub".
Zirəddin Quliyev anasının sağlam, evdə hərəkət etmək qabiliyyətinə malik olduğunu bildirib. Onun sözlərinə görə evin yanmasına səbəb anasının qaz sobasını yandırmaq istəyən zaman ehtiyatsızlığı olub.
Aidiyyəti qurumlar yanğının səbəbini araşdırır.