İsveçdə sığınacaq işçisi öldürüldü: miqrant böhranı alovlandı

İsveçdə miqrant böhranı yenidən alovlanıb. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, İsveçin Mölndal şəhərində ailələrini itirən uşaqların qaldığı sığınacaqda 15 yaşlı miqrant yardım qrupunun 22 yaşlı qadın işçisini bıçaqlayaraq öldürüb.

 

Hadisədən dərhal sonra baş nazir Stefan Lofvenin göstərişi ilə sığınacaqlarda təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə çatdırılıb.

 

İsveç polisinin yaydığı məlumata görə, miqrantla gənc qadın arasında mübahisə düşüb. Mübahisə əsnasında 15 yaşlı miqrant qəfil qadını bıçaqlayaraq öldürüb.

 

Hadisədən sonra ölkəyə qəbul edilən miqrantların həddindən çox olması və onlara nəzarətin yetərincə olmaması ilə bağlı problem yenidən gündəmə gəlib.

 

Müəllif | Apa.Tv