Danimarkada qaçqınların qiymətli əşyaları müsadirə olunacaq - AVROPA ŞOKDA

Danimarka parlamenti qaçqınlardan qiymətli əşyaların müsadirə edilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

 

APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qanun layihəsinə əsasən, müsadirə olunacaq qiymətli əşyaların müqabilində qaçqınların dolanışıqları təmin ediləcək.

 

Məlumata görə, qanun nişan üzüyü və digər xatirə əşyaları istisna olmaqla, dəyəri 10 min Danimarka kronundan (təxminən 1,5 dollardan) çox olan əşyaların müsadirə edilməsini nəzərdə tutur.  Yeni qanuna əsasən, müvəqqəti himayə statusuna malik qaçqınlar ən azı 3 il Danimarka ərazisində leqal yaşamalıdırlar. Yalnız bundan sonra onlar yaxın qohumlarını (ər-arvadını və uşaqlarını) ölkəyə dəvət edə bilərlər.

 

“87-ci qanun layihəsi” adlandırılan sənəd nəinki ölkədə, habelə Avropa İttifaqı məkanında ciddi etirazlara səbəb olub.

 

Qeyd edək ki, Danimarka hökuməti ölkəyə qaçqın axınını azaltmağa çalışır. Son iki ildə qaçqın statusunun verilməsi ilə bağlı rekord sayda - 2014-cü ildə 15 min, 2015-ci ildə isə 21 min müraciət təqdim olunub. 

 

Müəllif | Apa.Tv