Bakıda gecə 5 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq

Yanvarın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, gündüz mülayim cənub küləyi arabir güclənəcək.

 

Abşeron yarımadasında gecə 1-6 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti, Bakıda gecə 3-5 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti olacaq.

 

Bakı və Abşeron yarımadasında gecə və səhər yollar buz bağlayacaq. 

 

Rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman, gündüz ayrı-ayrı yerlərdə arabir güclənən cənub-qərb küləyi əsəcək.

 

Temperatur gecə 4-9 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 12-17 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

 

Gecə və səhər yollar buz bağlayacaq. 

Müəllif | Apa.Tv
Apa.tv