Fransa XİN: PYD Cenevrə görüşlərində iştirak etməyəcək

PKK terror təşkilatının Suriyadakı qolu olan PYD Cenevrə görüşlərində iştirak etməyəcək.

 

APA TV-nin xəbərinə görə, Fransanın xarici işlər naziri Laurent Fabius bildirib ki, BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura ona "PYD-nin Cenevrə görüşlərinə dəvət edilmədiyini" söyləyib.

 

Laurent Fabius "France Culture" radiosuna açıqlamasında qeyd edib ki, Staffan de Mistura dəvətləri göndərib. "PYD qrupu problem yaradırdı. De Mistura mənə dedi ki, PYD-yə dəvət göndərməyib" - deyə o bildirib.

 

Fransalı nazir ər-Riyadda seçilən nümayəndələrdən başqa bəzi müxalif qrupların da müzakirələrə dəvət olunacağını dilə gətirib.

 

Qeyd edək ki, Türkiyə tərəfi PYD-nin Cenevrədə masaya oturacağı təqdirdə, görüşləri boykot edəcəyini açıqlayıb.

Müəllif | Apa.Tv
Apa.tv