Göygöldə ev yandı
Göygöl rayonunda mənzil qəsdən yandırlıb. Mənzilə ev sahibinin keçmiş həyat yoldaşından olan oğlunun od vurduğu güman edilir. Hadisə sentyabrın 26-dan 27-nə keçən gecə rayonun Heydər Əliyev prospekti, 130 ünvanında qeydə alınıb. Rayon sakini Vüqar Yusibova məxsus, ümumi sahəsi 240 kvadratmetr olan 5 otaqlı evin 18 kvadratmetri əşiyaları ilə yanararaq yararsız hala düşüb. APA TV-nin xəbərinə görə, hadisə yerinə Göygöl rayon Yanğından Mühafizə Hissəsi 2 yanğın söndürən maşını və canlı quvvəsi cəlb olub. Yanğınsöndürənlərinin müdaxiləsi nəticəsində yanğın qısa müddətdə söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb. Zərərçəkən Vüqar Yusibovun iddia etdiyinə görə, yanğın onun özündən ayrı yaşayan 17 yaşlı oğlu Yusif Yusibov təfərindən bilrəkdən törədilib.
Hadisəsnin səbəbkarı kimi şübhəli bilinən Yusif Yusibov Göygol Polis şöbəsinin əməkdaşları tərəfindən yaşadığı yerdə nəzarətə götürülüb.
Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.