Mərkəzi Bank: Bu gün 18 banka 67 mln. dollar satılıb

Bu gün Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib.


Mərkəzi Bankdan "APA-Economics"ə  verilən məlumata görə, tənzimləyici tərəfindən 200 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb.

 

Hərracda iştirak edən 18 bank tərəfindən məcmu tələb 67,161 mln. dollar təşkil etdiyindən, sifarişlər 100% təmin olunub.

Müəllif | Apa.Tv
Apa.tv