Göygöldə iki “VAZ-2107” toqquşdu: 2 yaralı

Gəncə-Göygöl avtomobil yolunda iki nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

 

APA TV-nın qərb bürosunun xəbərinə görə, hadisə bu gün saat 13:00 radələrində Gəncə-Göygöl avtomobil yolunun Göygöl rayonu ərazisində qeydə alınıb.

 

Hərəkətdə olan iki “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü Sahil Hüseynov və 1987-ci il təvəllüdlü Elmin Kərimov müxtəlif bədən xəsarətləri alıblar. S.Hüseynov Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir. E.Kərimov isə başqa tibb ocağına aparılıb, vəziyyətinin normal olduğu bildirilir.

 

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli