Ələkrəm Hümmətovun Ermənistana səfəri etirazla qarşılanıb

"Azərbaycanın dövlət suverenliyini və ərazi bütövlüyünü parçalamaq məqsədi ilə separatçı qüvvələrin başında duran və buna görə Azərbaycanın Vətəndaşlıq Aktlarına əsasən vətəndaşlığına xitam verilib, ölkədən qovulmuş Ələkrəm Hümmətovun öz separatçı siyasətini xaricdə davam etdirməsi qəbul edilməzdir".

 

APA TV-nin xəbərinə görə, Benilüks Azərbaycanlıları Konqresinin Ələkrəm Hümmətovun Ermənistana səfəri ilə bağlı bəyanatında belə deyilir. Bİldirilir ki, min illik dövlətçilik tarixi olan, ərazisində azəri türklərindən başqa, azsaylı xalqların yaşadığı Azərbaycan vaxtaşırı separatçı qüvvələrlə üz-üzə gəlib.

 

Bəyanatda bidirilir ki, Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş siyasət yürüdənlərdən biri, gah Rusiyada, gah da İranda guya talış xalqının hüquqlarını müdafiə etmək məqsədilə görüşlər keçirən Ələkrəm Hümmətovun indi də Ermənistana səfər etməsi Avropada yaşayan azərbaycanlıların hiddətinə səbəb olub. SİTAT: "Azərbaycan Respublikasının vətəndaşı olmayan, ölkədən qovulan birinin

 

Dağlıq Qarabağa səfər etməsi Azərbaycan sərhədlərinin pozulması kimi qiymətləndirilir. İki separatçı rejimin birləşərək dövlətimizə qarşı yönəlmiş bu addımı Dağlıq Qarabağ sülh danışıqlarına da xələl gətirə bilər”. 
 

Bəyanatda daha sonra Azərbaycanın ağır illərində azsaylı xalqların da nümayənədələrinin silahlanaraq vətənin müdafiəsinə qalxması və bu mübarizədə canlarını qurban verməsi xatırladırılır. Qeyd olunur ki, Talış xalqının yüzlərlə, bəlkə minlərlə oğlu Qarabağda şəhid olub. Onların ruhu heç vaxt Ələkrəm Hümmbətov kimi vətənsiz xaini bağışlamaz.
 

 

Müəllif | Apa.Tv