Azərbaycanda dollar yenə ucuzlaşdı
Azərbaycan Mərkəzi Bankı dolların manata qarşı sabaha olan məzənnəsini açıqlayıb. APA TV-nin məlumatına görə, dollar manat qarşısında növbəti dəfə dəyər itirib. Mərkəzi Bank 1 ABŞ dollarının dəyərini 1,6028 manat səviyyəsində müəyyənləşdirib. Qeyd edək ki, dollar bu gün 1,6050 manata bərabər olub.
Digər valyutaların məzənnələri sabah açıqlanacaq.