Külli miqdarda saxta əsginas ələ keçirildi

Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda saxta əsginas qanunsuz dövriyyədən çıxarılıb.

 

APA TV-nin xəbərinə görə, bölməyə Mingəçevir şəhər sakini Turan Yusifovda saxta pul əsginaslarının olması barədə əməliyyat məlumatı daxil olub.

 

Keçirilən əməliyyat zamanı onun üzərindən ümumilikdə 1425 manat, o cümlədən 25 ədəd 50, 8 ədəd 20 və 3 ədəd 5 manatlıq saxta əsginas aşkar edilərək götürülüb. Onunla bərabər Yevlax rayon sakini Kənan Əliyev və Tərtər rayon sakini Turqut Fətəlizadə də saxlanılıb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv