Göygöldə piyadanı ölümcül yaralayan sürücü hadisə yerindən qaçıb
Göygöldə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin Qərb bürosunun məlumatına görə, hadisə rayonun Balçılı kəndində qeydə alınıb.
Göygöl rayonunun Xəqani kənd sakini, 34 yaşlı Mehriban Hüseynova toydan çıxarkən naməlum avtomobil tərəfindən vurulub. Sürücü hadisə yerindən qaçıb.
Yaralı əvvəlcə Göygöl rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Gəncə şəhər Təcili Tibbi yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.