Bir neçə ölkəyə yeni səfir təyin edildi - SƏRƏNCAM

Azərbaycan prezidenti İlham Əliyev bir sıra diplomatik korpus rəhbərlərinin geri çağırılması və yenilərinin təyin edilməsi barədə sərəncamlar imzalayıb.

 

Dövlət başçısının sərəncamı ilə Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilib.

 

Başqa bir sərəncamla Elman Hidayət oğlu Zeynalov Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

 

Prezident İlham Əliyev İlqar Yusif oğlu Muxtarovun Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında və eyni zamanda Kosta Rika Respublikasında, Qvatemala Respublikasında, Kolumbiya Respublikasında, Panama Respublikasında, Peru Respublikasında və Honduras Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması barədə də sərəncam imzalayıb.

 

Dövlət başçısı Elxan Cahangir oğlu Qəhrəmanovu Azərbaycanın Küveytdə fövqəladə və səlahiyyətli səfiri təyin edib.

 

Tural Anar oğlu Rzayev isə prezidentin sərəncamı ilə Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Müəllif | Apa.Tv
Apa.tv