Yük maşınının sürücüsü sükan arxasında dünyasını dəyişdi
Bakı-Qazax magistral yolunda yük maşını qəzaya uğrayıb, sürücü ölüb.
APA TV-nin Qərb bürosunun məlumatına görə, hadisə ötən axşam yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Beynəlxalq yük daşınması ilə məşğul olan “İveco” markalı iritonnajlı yük avtomobili yolun kənarında olan torpaq təpəliyə çırpılıb. Qəza zamanı sürücü, Türkiyə vətəndaşı, 53 yaşlı Semzi Mustafa hadisə yerində ölüb. İlkin ehtimala görə, qəzaya sürücünün sükan arxasında dünyasını dəyişməsi səbəb olub.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.