Dollar ucuzlaşdı, avro bahalaşdı
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların yeni məzənnələrini açıqlayıb.
APA TV-nin məlumatına görə, yanvarın 27-si ilə müqayisədə 1 ABŞ dollarının manata nisbətən məzənnəsi yenə ucuzlaşıb. Hazırda dolların məzənnəsi 1,6028 manatdır.
Bivalyuta səbətinə daxil olan avro isə yenə bahalaşaraq 1,7445 manat olub.
Rusiya rublu da bahalaşıb. Rəsmi məzənnəyə əsasən, 1000 Rusiya rublu 20 manat 50 qəpikdir.