Abşeronun əvəzsiz nəqliyyatı…

Tələsən, yorğun üzlər. Kimi işə gedir, kimi işdən gəlir. Nəyəsə tələsəni, kimisə itələyib keçəni. Dönüb üzr istəməyi lazım və vacib bilməyəni də var, işıqlı üzü-çöhrəsi olanı da...

Anlaşılmaz mənzərədir!...
 

Bu səs üzlərdəki ifadələri eyniləşdirir. Çünki hamı qatara minməyə tələsir.
Elektrik qatarları təkcə nəqliyyat vasitəsi yox, həm də 20-ci əsrdə formalaşan Abşeron etnik mədəniyyətinin atributu olub. APA TV-yə bildiriblər ki, SSRİ-də ilk elektrik dəmir yolu məhz Bakıda 1926-cı ildə çəkilib. Fəhlələrin neft mədənlərinə çatdırılması üçün vacib vasitə olub. Bakı-Sabunçu xətti ilə hərəkət edən ilk qatarın sürəti saatda cəmi 28 km. idi.

70-80-ci illərdə elektrik qatarları 15-20 dəqiqə intervalla işləyir və əhali ondan şəhərətrafını paytaxtla bağlayan əsas nəqliyyat kimi istifadə edirdi. Hazırda Abşeron yarımadasında elektrik qatarlarını hərəkəti 17 böyük və 30-dan artıq kiçik platformalı stansiyanı əhatə edir. Stansiyalara yaxın qəsəbə və mikrorayonlarda 500 minə yaxın insan yaşayır. Qatarlardansa çox az adam istifadə edir. Səbəb qatarlar arasında intervalın çox olmasıdır.
1985-ci ildə dairəvi yolda 120 elektrik qatarı işləyirdi.
 

17 ildir bu elektrik qatarında maşinist olan Mayis Məmmədov elektrik qatarlarının ləğv olunmasının əleyhinədir. Və ümid edir ki, tezliklə elektrik qatarları yenidən tam xəttə buraxılacaq.
 

Elektrik qatarının rahat nəqliyyat vasitəsi olduğunu deyən maşinist yolboyu bircə problemdən gileyləndi - relsərin üstündə gəzən adamlardan.
Bu qatarlarda maraqlı məqam bilirsiniz nədir? Eyni sərnişinlər. İllərin yol yoldaşıdırlar.
 

İllər boyu bir qatarda, bir marşrutla gedib-gəlmək bu insanları doğmalaşdırıb elə bil.
 

Burda toya hazırlaşan, şirinlik paylayan da var. Hələ desəniz, milli folklorumuzdan nümunələr də eşitmək olar.
 

Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyir ki, əgər sərnişn təlabatı olarsa, qatarların sayı artırıla bilər. Yaxın ilərdə isə bu qatarlar yeni sürət qatarı ilə əvəz olunacaq.

 

Təki belə olsun. Əsas odur ki, elektrik qatarları Bakının məşhur tramvay və trolleybusları kimi tarixin arxivinə göndərilməsin.
 

Müəllif | Apa.Tv