Denis Sterikov: "Yolda gedirdim, qabağıma mal çıxdı..."

Yasamal Rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum edilmiş Denis Sterikov saxlanılıb.

 

APA TV-nin məlumatına görə, onun üzərindən satış məqsədilə ələ etdiyi 510 qram heroin aşkar edilərək götürülüb.

 

Denis Sterikov, saxlanılan şəxs: "Yolda gedirdim, qabağıma mal çıxdı. Lider TV-nin qabağında satmaq istəyirdim, tutdular".

 

Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Narkotik vasitələrin qanunsuz alqı-satqısına aidiyyəti olan digər şəxslərin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Müəllif | Apa.Tv