Bakıda ər və arvad dəm qazından boğuldu

Bakıda üç nəfər dəm qazından boğularaq ölüb.

 

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 27-də Səbail rayonu ərazisində yaşayan İradə Hacıyeva, Sabunçu rayonunun Pirşağı qəsəbəsində yaşayan Ağamövsüm Məmmədov və arvadı Sevil dəm qazından zəhərlənərək ölüblər.


Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv