Göyçayda 4 otaqlı ev yandı
Göyçay rayonunda fərdi yaşayış evi yanıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saat 7:30 radələrində rayonun Ləkçiplaq kəndində qeydə alınıb.
1987-ci il təvəllüdlü kənd sakini Əliyev Ramin Ramiz oğluna məxsus evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-in Göyçay rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Hadisə zamanı ümumi sahəsi 240 kvadratmetr olan 4 otaqlı evin 110 kvadratmetrlik hissəsi içindəki əşyalarla birgə yanaraq yararsız hala düşüb. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.