Kəmaləddin Heydərov qəbul keçirdi
Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional İdarəsində Ağdam, Bərdə, Ağcabədi, Füzuli, Beyləqan, Tərtər və Xocavənd rayonlarında yaşayan sakinlərivə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər i qəbul edib. APA TV-nin Qarabağ bürosunun məlumatına görə, fövqəladə hallar naziri tərəfindən qəbul edilən 47 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb.Bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə nazir tərəfindən tapşırıq verilib.