Şəmkirdə "QAZ-31" aşdı

Şəmkirdə sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nın qərb bürosunun xəbərinə görə, hadisə rayonun Kiraz qəsəbəsinə gedən yolda baş verib.

 

Rayonun Qaryağdı kənd sakini, 1986-cı il təvəllüdlü Həsən Rzayev idarə etdiyi “QAZ-31” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək maşını aşırıb.

 

Qəza zamanı H.Rzayev müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli